Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan Peşə Liseyində Ümummilli Iideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan xalqının Ümummilli Iideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Şirvan Peşə Liseyində tədbir keçirilib...

08 may 2023-cü il tarixində Ümummilli Iideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Şirvan Peşə Liseyində tədbir keçirilib.

Poliqon.info xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Peşə Liseyinin kollektivi və tələbələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Ilqar Abbasov çıxış edərək, öncə bu əlamətdar tarixi gün münasibətilə liseyin müəllim və tələbələrini təbrik edib. Öz müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, mənalı və şərəfli ömür yolundan danışıb. Ulu öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş hər bir tədbirin dünya miqyasında tanınmış siyasətçi və dövlət xadiminin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov, liseyin tarix müəllimi Mətanət Rəhimova çıxış edərək, dünya şöhrətli müdrik siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu, xalqın xilaskarı Ulu öndər Heydər Əliyevin dövlətimizin və dövlətçiliyimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində zəngin və çoxşaxəli misilsiz xidmətlərindən söz açıblar.

Tədbir liseyin tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya və konsert proqramı ilə davam edib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Ən çox oxunanalar